Cennifer Lopez mənzil dəyərində çantasına görə tənqid olundu - VİDEO


Cennifer Lopez mənzil dəyərində çantasına görə tənqid olundu - VİDEO

Ben Afflekdən boşanmaq ərəfəsində olan 55 yaşlı amerikalı müğənni və aktrisa Cennifer Lopezin İst-Hemptondakı dükanları gəzərkən çəkilmiş fotoları internet istifadəçilərinin narazılığına səbəb olub.


Sfera.az bildirir ki, Ceniffer Lopez bahalı aksesuarları sevməsi ilə tanınır. Onun “Hermes” çantaları kolleksiyasına markanın ən bahalısı da daxildir ki, bu modelin qiyməti 432 min dollardır.

Gəzinti zamanı Lopez cins şalvar və ağ koftasını həsir sandalet və 70 min dollarlıq “Hermes Kelly” çantası ilə tamamlayıb.
 

Dəri əlavələri olan 25 sm hörmə piknik çantası marka tərəfindən 2011-ci ildə hazırlanmışdır. Bu modelin orijinal qiyməti məlum olmasa da, onlayn olaraq yenidən 70 min dollara satılır. Cenniferin fotosu yayılanda ispaniyalı teleaparıcı Jomari Qoizo İnstaqramda aksessuarın ağlasığmaz qiymətinin nümayiş olunduğu videonu paylaşıb. Bu, istifadəçilərin müğənnini kəskin tənqidinə səbəb olub.

 

 

Bəziləri onu "insanlar aclıqdan ölərkən” aksessuara bu qədər pul xərcləməkdə günahlandırarkən, bəziləri onun "illik maaşları" dəyərində olan bahalı bir şey almaqdan şoka düşdüklərini bildiriblər.


"70.000 dollar və burada insanlar aclıqdan ölür. Hamı dəli olub", "Bəzi uşaqların nahara pulu yoxdur",, “Mən müəlliməm, illik maaşımdan çoxdur”, “Demək olar ki, evimin xərci qədərdir”, “Məşhurların nə qədər pul xərcləməsi təəssüf doğurur, amma bu pulla insanlara kömək edə bilərdi və ya xeyriyyə təşkilatlarına yatıra bilərdi", "Onun bir çantaya bu qədər pul xərcləməsi o qədər iyrəncdir ki, bu ölkədə aclıqdan ölən nə qədər insan var."


Bəzi istifadəçilərin fikrincə, qiymətinə baxmayaraq, bu çanta daha çox nənələrin bazarda gəzdirdiyi səbətə bənzəyir.


Qeyd edək ki, Lopez bahalı aksesuarlarla ictimaiyyət qarşısına çıxmağı sevir və deyəsən “Hermes” çantalarının böyük pərəstişkarıdır. O, tez-tez müxtəlif “Hermes” çantaları ilə şəkil çəkdirir. Aprel ayında 432.000 dollara başa gələn çantasını nümayiş etdirib. Himalay timsah dərisindən hazırlanmış bu, markanın indiyə qədər satışa çıxarılan ən bahalı çantasıdır.
 

Son aylar isə JLo boşanmağa hazırlaşır. Mənbələrə görə, cütlüyün boşanma sənədləri tamamlanıb, lakin hələ təqdim edilməyib.


80 min dollara başqa bir Cennifer əl çantası




Ötən həftə məlum olub ki, Ben özünə 20,5 milyon dollara malikanə alıb. Bunun Cenifferin doğum günündə olması isə dostlarının dediyinə görə ona ox zərbəsi kimi dəyib.

Cütlük sonuncu dəfə martın 30-da birlikdə şəkil çəkdirib. O vaxtdan bəri yay tətilini də ayrı keçirirlər. Bu günlərdə Cennifer əsasən Şərq Sahilində, Ben isə Los-Ancelesdəki evdə qalır.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Əhalinin NƏZƏRİNƏ: 3 gün ardıcıl iş olmayacaq

Gələn həftənin ilk iş günü 20 Yanvar - Ümumxalq Hüzn Gününə təsadüf edir.   Sfera.az xəbər verir ki, 18 və 19 yanvar tarixləri şənbə və bazar günü ol...

Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Yanvarın 14-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 54 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.    ...

Mərkəzi Bank dolların bu günə olan məzənnəsini AÇIQLADI

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.   Sfera.az-ın məlumatına görə, 2025-ci il yanvarın 15-də ABŞ dollarının məzənnəsi ...

Cənubi Koreya Prezidenti həbs olundu

Müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə h...

“Bəxtiyar Hacıyevlə bağlı qərara xarici müdaxilə qəbuledilməzdir” - XİN

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-nin Bakıdakı səfirliyinin iddialarına cavab verib.   Sfera.az xəbər verir...

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanın BMT yanında sabiq daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.   Sfera.az xəbər verir ki, bu...