Stüardessa əxlaqsız təklifini rədd etdi: Təyyarənin qapısından özünü atmaq istədi
“American Airlines”a məxsus təyyarənin göyərtəsində münaqişə baş verib. Belə ki, ekipaj üzvləri içəri girən şəxsin üzünə qapı bağlamalı olublar. Pilotlar isə ən yaxın hava limanına təcili eniş etmək qərarına gəliblər.
Sfera.az bildirir ki, 26 yaşlı Erik Nikolas Qapka Sietldən Dallasa (ABŞ) uçarkən davranış qaydalarını pozmaqda ittiham olunub.
Polisin sözlərinə görə, sərnişin təyyarədə elektron siqaret çəkib, çox səs-küy salıb, həmkarlarını narahat edib, həmçinin stüardessalardan birindən onunla cinsi əlaqəyə girməsini istəyib. İmtina cavabı eşidən gənc tualetə girərək, oranı kilidləyib və havada bir neçə dəfə təyyarənin qapısını açmağa cəhd edib.
Bildirilir ki, ekipaj üzvləri və digər sərnişinlər içəri girən şəxsi bağlamalı olublar. Pilotlar isə bu vaxt Salt Leyk-Siti şəhərinin ən yaxın hava limanına təcili eniş etmək qərarına gəliblər. Burada qalmaqallı şəxs yerli polis tərəfindən təyyarədən çıxarılıb.
Həbs zamanı Qapka o qədər müqavimət göstərib və qandallarını istintaq təcridxanasının pəncərəsinə döyüb ki, şüşəsi çatlayıb. Nalayiq hərəkətlər edən şəxs müayinə üçün xəstəxanaya aparılıb. Burada da o, tibb işçilərinin ünvanına nalayiq ifadələr işlədərək qışqırmağa davam edib. Həbs edən polis bu şəxsin onun üzünə tüpürdüyünü də bildirib.
Prokurorların bildirdiyinə görə, digər cinayətlərə əlavə olaraq, Erik Qapkı iki əlavə ittiham da gözləyir.
Aynil