ABŞ 11 sentyabr terror aktında Ağ Evin rolunu araşdırır


ABŞ 11 sentyabr terror aktında Ağ Evin rolunu araşdırır

ABŞ Konqresi 2001-ci il sentyabrın 11-də törədilən terror aktında əli olan üç müttəhimlə razılaşmada Ağ Evin rolunu araşdırmağa başlayıb.



Sfera.az "The New York Post”a istinadən xəbər verir ki, iyulun 31-də Pentaqon terror aktı qurbanlarının ailələrinə məktub göndərib və bu məktubda üç müttəhimin ölüm cəzası ömürlük həbslə əvəz olunacağı təqdirdə günahlarını etiraf etməyə hazır olduqları bildirilib.



Ağ Evin sözçüsü Con Kirbinin sözlərinə görə, Cozef Bayden administrasiyası son vaxtlara qədər bu razılaşma haqqında heç nə bilmirdi. Prezident ABŞ Müdafiə Nazirliyi ilə əlaqə saxlamağı və bu məsələni müzakirə etməyi tapşırıb.



ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin rəhbəri Ceyms Kommer öz növbəsində qeyd edib ki, sövdələşmənin vaxtı Baydenin prezidentliyi ilə üst-üstə düşür, üstəlik şübhəli şəxslərlə razılaşma tamamilə qeyri-şəffafdır.

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Birinci xanımların qatıldığı konfransdan görüntülər - VİDEO

Xəbər verdiyimiz kimi, noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl Zo...

Ronaldinyo Bakıya gəldi

Məşhur braziliyalı futbolçu Ronaldinyo Qauço noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP...

Bayramov kolumbiyalı həmkarı ilə görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) Dünya Liderləri...

COP29 iştirakçılarından təcili tibbi yardıma müraciətlər olub? - VİDEO

"Son zamanlar təcili tibbi yardımın ünvana gecikməsi ilə bağlı şikayətlərin sayında ciddi azalma müşahidə olunur".   Sfera.az xəbər verir k...

Zaqatala xəstəxanasında daha bir uşaq öldü - Son günlərdə 4-cüdür

Zaqatala xəstəxanasında daha bir uşaq ölümü qeydə alınıb.   Sfera.az-ın məlumatına görə, bu gün rayonun Cobankol kənd sakini, 2022-ci il təvəllüdlü B...

Təhsil naziri islahatların nəticələrindən danışdı

2014-2015-ci illərdə keçirilən islahatları nəticəsini indi görürük.   Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev COP29 zamanı...