İran həbsxanalarında son bir ayda 55 məhbus EDAM EDİLDİ

İran həbsxanalarında son bir ayda 55 məhbus EDAM EDİLDİ

İranda iyul ayında həbsxanalarda azı 55 məhbus edam edilib.

 

Sfera.az “İran İnternational”a istinadən xəbər verir ki, bu barədə İranda İnsan Hüquqları Təşkilatının (HENGAW) aylıq hesabatında bildirilib.

 

Məlumata görə, bu göstərici iyun ayı ilə müqayisədə 400 faiz artım deməkdir. Həmin ayda İran həbsxanalarında 11 məhbusun ölüm hökmü icra olunub.

 

Bildirilib ki, ötən ay İran həbsxanalarında ölkə vətəndaşı olan 14 etnik azərbaycanlı (Azərbaycan türkü), səkkiz bəluc, altı kürd, üç gilək, üç lor, habelə Əfqanıstanın da 7 vətəndaşı edam olunub. İnformasiyaya əsasən, İslam Respublikasının Bircənd həbsxanasında beş qadın, Şiraz və Xürrəmabad zindanlarının hərəsində bir qadın asılıb. Başqalarının kimliyi barədə məlumat əldə edilməyib.


OXŞAR XƏBƏRLƏR

Ronaldinyo Bakıya gəldi

Məşhur braziliyalı futbolçu Ronaldinyo Qauço noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP...

Bayramov kolumbiyalı həmkarı ilə görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) Dünya Liderləri...

COP29 iştirakçılarından təcili tibbi yardıma müraciətlər olub? - VİDEO

"Son zamanlar təcili tibbi yardımın ünvana gecikməsi ilə bağlı şikayətlərin sayında ciddi azalma müşahidə olunur".   Sfera.az xəbər verir k...

Zaqatala xəstəxanasında daha bir uşaq öldü - Son günlərdə 4-cüdür

Zaqatala xəstəxanasında daha bir uşaq ölümü qeydə alınıb.   Sfera.az-ın məlumatına görə, bu gün rayonun Cobankol kənd sakini, 2022-ci il təvəllüdlü B...

Təhsil naziri islahatların nəticələrindən danışdı

2014-2015-ci illərdə keçirilən islahatları nəticəsini indi görürük.   Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev COP29 zamanı...

Gülüstan sarayında rəsmi ziyafət verildi

Noyabrın 12-də Bakıda, Gülüstan sarayında Azərbaycan Prezidenti İlham Əliyevin adından BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı...