ABŞ “TikTok”u buna görə məhkəməyə verir


ABŞ “TikTok”u buna görə məhkəməyə verir

ABŞ Ədliyyə Departamenti avqustun 2-də “TikTok” və ana şirkət “ByteDance”a qarşı sosial şəbəkə proqramında uşaqların məxfiliyini qorumadığına görə məhkəməyə müraciət edib.


Sfera.az bildirir ki, ABŞ hökuməti “TikTok”un Uşaqların Onlayn Məxfiliyinin Mühafizəsi Aktını pozduğunu iddia edir. Bu qanuna görə uşaqlara yönəlmiş xidmətlər 13 yaşdan kiçik istifadəçilərdən şəxsi məlumat toplamadan əvvəl valideyn razılığını almalıdır.


Federal Ticarət Komissiyasının da qoşulduğu iddia, “TikTok”un uşaqların məxfiliyinə qeyri-qanuni, kütləvi şəkildə müdaxiləsinə son qoymağı hədəflədiyini bildirib.


DOJ bildirib ki, platforma bilərəkdən uşaqlara müntəzəm “TikTok” hesabları yaratmağa və sonra adi “TikTok” platformasında böyüklər ilə qısa videolar və mesajlar yaradaraq paylaşmağa icazə verib. “TikTok” bu uşaqların şəxsi məlumatlarını valideynlərinin razılığı olmadan toplayıb.


ABŞ iddia edir ki, 13 yaşdan kiçik milyonlarla amerikalı uşaq illərdir “TikTok”dan istifadə edir və sayt uşaqların şəxsi məlumatlarını toplayaraq, saxlayır.


Federal Ticarət Komissiyasının sədri Lina Xan, iyun ayında işi Ədliyyə Departamentinə göndərib. Federal Ticarət Komissiyasının sədri:



“TikTok” bilərəkdən və dəfələrlə uşaqların məxfiliyini pozaraq, ölkə daxilində milyonlarla uşağın təhlükəsizliyinə təhlükə yaradır" - deyə bildirib.


ABŞ düzgün olmayan məlumatların toplanmasına görə “TikTok”a qarşı 51,744 dollara qədər cərimə tələb edir.


“TikTok” platforması iddialara şərh bildirməsə də, iyun ayında agentliyin narahatlıqlarını həll etmək üçün Federal Ticarət Komissiyası (FTC) ilə bir ildən çox birlikdə işlədiklərini bildirib.


“Agentliyin bizimlə işləməyə davam etməkdənsə, məhkəmə araşdırması aparmasından məyus olduq"-deyə platforma sözçüləri bildirib.


Qeyd edək ki, ilk dəfə 2020-ci ildə “Reuters” agentliyi Federal Ticarət Komissiyası və Ədliyyə Departamentinin məşhur sosial media tətbiqinin uşaqların məxfiliyini qorumaq məqsədi daşıyan 2019-cu il müqaviləsinə əməl etməməsi ilə bağlı iddiaları araşdırdığını bildirib.
 

Onu da qeyd edək ki, Çin qısa video platformasının ABŞ-da təxminən 170 milyon istifadəçisi var. Hazırda “ByteDance” 19 yanvar tarixinə qədər “TikTok”un ABŞ-dakı aktivlərini satmağa məcbur edəcək və ya qadağa ilə üzləşəcək yeni qanunla mübarizə aparır.


Keçən il şirkət uşaq məlumatlarının işlənməsinə görə analoji olaraq Avropa Birliyi və Böyük Britaniyada cərimələrlə üzləşmişdi.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanın BMT yanında sabiq daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.   Sfera.az xəbər verir ki, bu...

Ən sağlam balıq növləri BUNLARDIR - Diyetoloqdan AÇIQLAMA

Bəzi balıq növləri sağlamlıq üçün xüsusilə faydalıdır.   Sfera.az xəbər verir ki, bunu qastroenteroloq və diyetoloq Elvira Beleva deyib. Onun sözləri...

Los Ancelesdəki yanğınlara Yeni il atəşfəşanlığının səbəb olduğu ehtimal edilir

Kaliforniya və Los-Ancelesdə yanğınlar yenidən güclənir və dünya məşhurları dəbdəbəli evlərini itirirlər. İlk yanğının mənbəyi Yeni il ərəfəsindəki atəşfəşanlıq...

Velosipedlərə belə yer yoxdur: Dünyanın ən sıx məskunlaşdığı adada insanlar necə yaşayır? - FOTOLAR

Dünya maraqlı və bənzərsiz yerlərlə doludur. Kolumbiyanın Kartagena şəhərindən iki saatlıq qayıqla səyahət dünyanın ən sıx məskunlaşdığı yer hesab edilən Santa ...

Türkiyədə saxta içkidən 11 nəfər öldü

Türkiyənin İstanbul şəhərində saxta spirtli içkidən kütləvi zəhərlənmə baş verib.   Sfera.az xəbər verir ki, bu barədə “Anadolu” agentliy...

Yeni doğulan körpəsindən narahat olduğu üçün qonşusunun qapısının altına zəhər yeridib

Qonşular arasında mübahisələr çox vaxt səs-küy, təmizlik və ya ev heyvanı ilə bağlı məsələlərə görə yaranır. Amma Tampadakı yaşayış binasında baş verənlər bu sə...