Texnologiya liderlərini Trampın andiçmə mərasiminə gətirən ƏSAS SƏBƏBLƏR
Xəbər verdiyimiz kimi, dünən Trampın andiçmə mərasimi baş tutub. O, ABŞ-nin 47-ci prezidenti kimi and içib. İnauqurasiyada diqqət çəkən məqamlardan biri də iştirakçılar arasında Mark Zukerberq (Meta), Ceff Bezos (Amazon), Sundar Pichai (Google), Tim Kuk (Apple), İlon Mask (Tesla və SpaceX), Sam Altman (OpenAI), Shou Zi Chew (TikTok) kimi dünyanın texnologiya liderlərinin olması idi. Maraqlıdır, Tramp nə üçün bu şəxsləri ətrafına toplayıb? Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan