Bayden “ABŞ demokratiyası”nı ailəsinə qurban verdi

Bayden “ABŞ demokratiyası”nı ailəsinə qurban verdi

ABŞ-ın Ağ Evi tərk edən və yerini Donald Trampa verən 46-cı prezidenti Co Bayden sonuncu qərarı ilə dünyaya şoka saldı. Bu, həm də özünü “demokrat” adlandıran Baydenin demokratiyaya sonuncu zərbəsi idi. 



Sfera.az demokrat.az-a istinadən xəbər verir ki, Bayden Ağ Evi tərk etməsinə dəqiqələr qalmış ailə üzvlərinin “əfvi” ilə bağlı qərar verdi. Bu, onun ABŞ prezidenti kimi sonuncu qərarı idi və bu imkanını Amerika xalqına yox, məhz ailəsinə sərf etməsi onun əsl simasını da ortaya çıxarır. 



Baydenin qardaşı Ceyms Baydeni və həyat yoldaşı Saranı, bacısı Valeri Baydeni və əri Con T.Ouensi və digər qardaşı Frensis Baydeni əfv edib. İddia edib ki, bu qərarı “ailəsini Trampdan qorumaq” məqsədi daşıyır, halbuki, ABŞ-da “Bayden ailəsi” ilə bağlı aparılan araşdırmalar onların qaranlıq biznesə malik olduğunu, prezidentin qohumluğundan sui-istifadə edərək, qanunları pozduğunu ortaya çıxarır. Respublikaçılar tərəfindən aparılmış “Bayden ailəsinin araşdırması” ilə bağlı materiallar da bunu sübut edir.



Məlumatlara görə, Baydenin qardaşları və bacısı, eləcə də onların həyat yoldaşları Çindən tutmuş, avropanın müxtəlif ölkələrinə qədər bir çox bölgədə qeyri-legitim əlaqələrə malikdir. Onlar Baydenin prezidentliyindən istifadə edərək, qeyri-qanuni biznes qurublar və qanunları pozublar. 



Bayden isə faktiki olaraq, onları əfv etməklə ABŞ prezidenti kimi vəzifə səlahiyyətlərini sui-istifadə etdi. Hərçənd ki, bu onun ilk belə addımı deyil. Bundan öncə Bayden oğlu Hanteri də həbsdən azad etmişdi. Hanter vergi qaçaqmalçılığında və xaricdə qeyri-qanuni biznesdə ittiham olunurdu, hətta silah qaçaqmalçılığı ilə məşğul olduğu haqda məlumatlar vardı. Bu ittihamlar onu onilliklər boyunca həbsə məhkum etməyə imkan verirdi. Məhkəmə Hanterlə bağlı ittihamları təsdiqləmişdi. Lakin Bayden vəzifə səlahiyyətlərindən istifadə edərək, oğlunu əfv etdi. Bununla da lazım olanda demokratiya və qanunun aliliyi prinsiplərini heçə saydığını nümayiş etdirdi.



Ağ evi tərk etməmişdən dəqiqələr öncə ailə üzvlərini əfv etməsi də demokratların lideri olan Baydenin əslində anti-demokrat olduğunu bir daha təsdiqlədi. Bu, ABŞ-ın Baydensayağı demokratiyasının sonuncu nümunəsi hesab oluna bilər. 



Son 4 ildə bütün dünya Baydensayağı demokratiyanın dəfələrlə şahidi olub. Bayden Administrasiyasının demokratik prinsipləri ABŞ-ın maraqlarına qurban verdiyi, əslində demokratiyadan alət kimi istifadə etdiyi bəlli idi. Görünür ki, dünyada bu cür hərəkət edən Bayden ABŞ daxilində demokratiyanı özünün və ailəsinin maraqlarına da qurban verir.


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...