Qazaxıstan Şımkentdən Bakıya birbaşa reys açacaq
Qazaxıstan Şımkent hava limanının yeni terminalından Avropa və Asiyaya, o cümlədən Azərbaycana yeni reyslərin açılmasını planlaşdırır. Bu barədə Sfera.az “Kazinform”a istinadən xəbər verir. Məlumata görə, yeni terminal bazasında 14 daxili və 16 beynəlxalq marşrutun açılması planlaşdırılır. Bu, sərnişinlərə Avropa İttifaqı ölkələrinə, Çin, Cənubi Koreya, Cənub-Şərqi Asiya ölkələri, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Belarus və digər populyar beynəlxalq istiqamətlərə səyahət etmək imkanı verəcək.