Logo

Avropa İttifaqı Ukraynaya 134 milyard avro ayırdı

Avropa İttifaqı Ukraynaya 134 milyard avro ayırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropa İttifaqı (Aİ) artıq Ukraynaya 134 milyard avro, o cümlədən silah üçün 50 milyard avro ayırıb. Yanvarın sonuna qədər Aİ ölkələri tərəfindən hazırlanan Ukrayna hərbçilərinin sayı isə 75 min nəfərə çatacaq.

Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

"Biz artıq Ukraynaya ümumilikdə 134 milyard avro, o cümlədən silah üçün 50 milyard avro ayırmışıq. Bu ayın sonuna qədər Aİ tərəfindən hazırlanan Ukrayna hərbçilərinin sayı 75 min nəfərə çatacaq", - o qeyd edib. Onun fikrincə, Aİ-nin köməyi ilə Ukrayna münaqişədə "qalib gələ biləcək".

K.Kallasın sözlərinə görə, Brüssel ABŞ-siz, təkbaşına da Kiyevi dəstəkləməyə hazırdır: "Biz bunu tərəfdaşlarla birlikdə və ya müstəqil şəkildə edəcəyik".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR