Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır
Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub. Sfera.az xəbər verir ki, Estoniya, Latviya və Litva artıq BMT-yə rəsmi bildiriş təqdim edib, Finlandiya və Polşanın yaxın günlərdə müvafiq sənədləri təqdim edəcəyi gözlənilir. “Human Rights Watch” təşkilatı bu addımı əsassız adlandıraraq, silahların fərq qoyulmadan insanlara zərər verdiyini və illərlə təmizlənməyən mina sahələrinin mülki əhaliyə təhlükə