Fransızlar üzr istədi - Eyfelə görə...

Fransızlar üzr istədi - Eyfelə görə...

Fransada şiddətli istilər səbəbindən Eyfel qülləsinin zirvəsi iki günlüyünə turistlərin ziyarətinə bağlanıb. Rəsmilər vətəndaşlara və turistlərə günəşdən qorunmağı və bol su içməyi tövsiyə edib.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Eyfel qülləsinin rəsmi saytında yayımlanan açıqlamada bildirilib: “Yaranan narahatlığa görə üzr istəyirik. Bu yüksək temperatur dövründə günəşdən qorunmağa və mütəmadi olaraq su içməyə diqqət yetirin”.

 

Qeyd olunur ki, Ağ dəniz üzərində formalaşan güclü isti hava təzyiqi ilə birləşən dəniz suyu temperaturunun artması, Avropada genişmiqyaslı istilərə səbəb olub. Bu proses, xüsusilə Fransanın cənubu və qərbi Aralıq dənizi bölgəsində daha güclü hiss olunur.

 

Hazırda Fransanın 16 bölgəsində, o cümlədən Parisin də daxil olduğu İle-de-Fransa regionunda ən yüksək – qırmızı hava xəbərdarlığı elan olunub. Bazar ertəsi bir çox şəhərlərdə temperatur 38 dərəcəni keçib. Mütəxəssislər bildirir ki, Aralıq dənizində suyun temperaturu hal-hazırda il üçün normadan 9 dərəcə yüksəkdir. Afrika üzərindən gələn isti hava axınları ilə birlikdə bu dalğa daha da güclənir və istilərin gecələr də davam etməsinə səbəb olur.

 

İspaniya və Portuqaliyada isə yeni temperatur rekordları qeydə alınıb. İspaniyanın El Qranado qəsəbəsində temperatur 46 dərəcəyə çataraq ölkə üzrə yeni rekord müəyyən edib. Portuqaliyanın Mora şəhərində isə 46,6 dərəcə temperatur qeydə alınıb – bu da ölkə tarixində ən yüksək göstərici ola bilər. Avropada istilərin yaxın günlərdə daha da artacağı proqnozlaşdırılır.

 

Bəsti Rəfizadə
Sfera.az


 


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...