Rusiya Ukraynaya dron və raketlərlə hücum edib
Rusiya Ukraynaya ötən gecəki hücumda 300-dən çox dron və 30-dan çox raketdən istifadə edib. Sfera.az xəbər verir ki, bunula bağlı Ukrayna prezidenti Volodimir Zelenski "X" hesabında məlumat verib. “Ötən gecə döyüşçülərimiz Rusiyanın daha bir hücumunu dəf etdilər. Bu hücumda 300-dən çox dron və 30-dan çox raketdən istifadə olunub. Hədəflərin vurulması, xilasetmə əməliyyatları davam edir”, - Zelenski bildirib. Onun sözlərinə görə, Donetsk, Sumı, Xerson, Volın, Pavloqrad, Zaparojiye, Kirovoqrad,