Rusiya Odessada yaşayış binasını vurdu: Ölən var

Dünya
11:55 / 19.07.2025
1446
Odessada kamikadze dronun çoxmərtəbəli binaya zərbə endirməsi nəticəsində 1 qadın ölüb, binada yanğın baş verib.
Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, xilasedicilər könüllülərlə birlikdə yanğını söndürüblər.
Yanan mənzillərdən 5 nəfər xilas edilib, 10-a yaxın mülki şəxs xəsarət alıb.