Trampın əlindəki sirli iz müzakirələrə səbəb oldu - FOTO

Trampın Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı kameralara tuş gələn əlindəki iz sosial şəbəkələrdə və mətbuatda geniş müzakirə mövzusuna çevrilib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Britaniyanın “Daily Mail” nəşrinə danışan amerikalı uroloq Bobak Bereookhim bildirib ki, Trampın əlində göyərməyə və ya yara izinə bənzər bir sahə görünür.
Onun sözlərinə görə, bu iz qan alma, həşərat sancması və ya sadəcə fiziki zədə nəticəsində yarana bilər.
Ağ Evin mətbuat katibi Karolin Leavitt isə yayılan məlumatlara aydınlıq gətirərək bildirib ki, Prezident Tramp xalqla daim təmasda olan bir liderdir və tarixdəki digər prezidentlərlə müqayisədə daha çox insanla salamlaşır. Onun fikrincə, izlər bu cür təmaslar nəticəsində meydana gələ bilər.
Xatırladaq ki, bir müddət əvvəl Trampın ayaq biləklərindəki şişkinlik də müzakirə olunmuşdu. Bu səbəbdən ABŞ prezidenti tibbi müayinədən keçib. Leavittin verdiyi məlumata əsasən, həkimlər Trampa xroniki venoz çatışmazlıq diaqnozu qoyublar.
Bəsti Rəfizadə
Sfera.az