Bu ölkə Ukraynaya "Abrams" tankları verəcək

Dünya
16:59 / 19.07.2025
1430
Avstraliya 160 milyon dollarlıq hərbi yardım paketi çərçivəsində "Abrams" tanklarının böyük hissəsini Ukraynaya təhvil verib.
Sfera.az Trendə istinadən xəbər verir ki, bu barədə Avstraliya hökuməti bəyanat yayıb.
Avstraliyanın müdafiə naziri Riçard Marles bildirib ki, Ukrayna artıq 49 tankın çoxunu alıb. Qalanlarının isə yaxın aylarda çatdırılması gözlənilir.
"M1A1 "Abrams" tankları Ukraynanın Rusiyanın qeyri-qanuni işğalına qarşı davam edən mübarizəsinə mühüm töhfə verəcək", - deyə nazir vurğulayıb.
Qeyd olunub ki, tanklar Ukraynaya Rusiyadan müdafiə üçün ayrılan hərbi yardım paketinə daxil edilmişdi.