Avropa Ukraynanı dəstəkləyəcək - Açıqlama
Avropa İttifaqı, İngiltərə, Fransa, Almaniya, İtaliya, Polşa və Finlandiya liderləri, Alyaska zirvəsinin ardından ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə üçlü zirvəyə hazır olduqlarını açıqlayıblar. Liderlər, Könüllülər Koalisyonu olaraq diplomatik həll və təhlükəsizlik təminatlarında fəal rol oynayacaqlarını bildiriblər. Sfera.az xarici mediaya istinadən xəbər verir ki, açıqlamada qeyd olunub ki, Ukraynanın suverenliyi və ərazi bütövlüyü qorunmalı, ölkənin