Rusiyada matəm elan edildi

Rusiyada matəm elan edildi
Kateqoriya məlum deyil
T

Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı zavodda 11 nəfərin ölümü, 130 nəfərin yaralanması ilə nəticələnən faciə ilə əlaqədar avqustun 18-də birgünlük matəm elan edilib.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Pavel Malkov məlumat verib.

 

"Şilovski rayonunda baş vermiş faciəli hadisələrlə əlaqədar avqustun 18-i Ryazan vilayətində matəm günü elan edilib", - deyə o, "Telegram" kanalında yazıb.

 

Pavel Malkovun sözlərinə görə, bu gün bütün bölgədə bayraqlar endiriləcək. Mədəniyyət müəssisələri, teleradioşirkətlər və təşkilatlardan əyləncə tədbirlərini ləğv etmələri istənilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR