Avropa Ukraynanı dəstəkləyəcək - Açıqlama

Avropa Ukraynanı dəstəkləyəcək - Açıqlama
Kateqoriya məlum deyil
T

Avropa İttifaqı, İngiltərə, Fransa, Almaniya, İtaliya, Polşa və Finlandiya liderləri, Alyaska zirvəsinin ardından ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə üçlü zirvəyə hazır olduqlarını açıqlayıblar. Liderlər, Könüllülər Koalisyonu olaraq diplomatik həll və təhlükəsizlik təminatlarında fəal rol oynayacaqlarını bildiriblər.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, açıqlamada qeyd olunub ki, Ukraynanın suverenliyi və ərazi bütövlüyü qorunmalı, ölkənin Silahlı Qüvvələrinə və üçüncü ölkələrlə əməkdaşlığa hər hansı məhdudiyyət qoyulmamalıdır.

 

Açıqlamada o da vurğulanır ki, Rusiya Ukraynanın Aİ və NATO yolunu veto edə bilməz və beynəlxalq sərhədlər güc yolu ilə dəyişdirilə bilməz.

 

Avropa liderləri Rusiyanın savaş iqtisadiyyatına qarşı sanksiyaların gücləndiriləcəyini və Ukraynaya dəstəyin davam edəcəyini qeyd ediblər. Avropa Komissiyası Prezidenti Ursula Von Der Leyen isə Ukrayna və Avropanın təhlükəsizlik maraqlarını qoruyan güclü təminatların vacib olduğunu bildirib.

 

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR