Trampın əhvalı Putinlə görüşdən sonra dəyişdi - Səbəb

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibə ilə bağlı təxminən üç saatlıq görüşü başa çatdırıblar, qısa açıqlamalar veriblər, lakin atəşkəs və sülh sazişi elan etmədən ayrılıblar.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Trampın görüşdən sonra əhval-ruhiyyəsi fərqli olub.
ABŞ prezidenti görüşdən əvvəl şən görünsə də görüşdən sonra solğunlaşıb.
Görüşü işləyən xarici media nümayəndələri bunu gözlənilən razılaşmaların əldə edilməməsi ilə əlaqələndirib. Hərçənd, Tramp açıqlamasında “Bizim bura kimi gəlib çıxmağımız çox yaxşıdır. Düşünürəm ki, biz razılaşmaya çox yaxınıq. Ukrayna razılıq verməlidir” ifadələrini işlədib.
Danışıqlarda nəyin razılaşdırıldığı bəlli deyil. Tramp iki tərəfin "əhəmiyyətli irəliləyiş" əldə etdiyini söyləyib, lakin heç bir detal təqdim etməyib.






