Suriyada ərəb tayfaları səfərbərlik elan etdi
Kateqoriya məlum deyil
Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı çıxan ərəb tayfalarının sayı artmaqdadır.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Rəqqaya bağlı Tel Abyad rayonunda yerləşən ən böyük tayfalardan biri – Bəqqara tayfası SDQ-yə qarşı mübarizə başlatdığını açıqlayıb.
Tayfaya mənsub yüzlərlə gənc, Fərat çayının şərqini işğal edən terrorçulara qarşı döyüşməyə hazır olduqlarını bəyan edib.
Tel Abyaddakı stadionda keçirilən toplantıda Bəqqara tayfasının əl-Meşhur qolunun ağsaqqalları birgə bəyanatla çıxış edərək ümumi müqavimət çağırışı ediblər.
Bəyanatda vurğulanıb ki, Fəratın şərqində və Cəzire bölgəsindəki “işğal” sona çatana qədər SDQ-yə qarşı mübarizə davam etdiriləcək.
Bəsti Rəfizadə
Sfera.az






