Təyyarədəki sərnişinlər ağlayan uşaq üstündə dava ediblər

Londondan Lissabona uçan “Ryanair” təyyarəsində iki sərnişin ağlayan uşaq üstündə dava edib.
Sfera.az bildirir ki, hadisə yerə enəndən sonra baş verib və dava iştirakçılarını sakitləşdirmək üçün polis çağırılmalı olub.
Təyyarə eniş etdikdən sonra saat 19:00-a az qalmış polis çağırılıb. Təyyarənin kadrlarında sərnişinlər koridorda dayanarkən dəhşətə gələn uşaqların qışqırıqları və fəryadları görünür.
Yerli medianın məlumatına görə, dava iki sərnişin arasında başlayıb, uşağın ağlaması gərginliyi daha da artırıb. Polis hər kəsi gələnə qədər təyyarədə saxlayıb, bundan sonra narahat edən sərnişinlər çıxarılıb.
“Ryanair” sözçüsü deyib: "İki sərnişinin göyərtədə narahatçılıqdan sonra ekipaj polisə müraciət edib. Təyyarə yerli polis tərəfindən qarşılanıb və sərnişinlər çıxarılıb. “Ryanair” pis davranışa sıfır dözümlülük siyasətini tətbiq edir, sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görəcək".
Aviaşirkətin məlumatına görə, insidentlə bağlı yekun araşdırma yerli polisin öhdəsindədir.
Qeyd edək ki, bu, “Ryanair” reyslərində ilk insident deyil. Xüsusilə avqustun əvvəlində internetdə aviaşirkətin İspaniyadakı uçuşları üçün uzun növbələrin videoları peyda olub. Hadisə şahidlərinin sözlərinə görə, sərnişinlər hətta uçuşa gecikmək qorxusundan Barselona hava limanında davaya da əl atıblar.
Həmçinin bu yay Sofiya hava limanında “Ryanair” sərnişini ilə bağlı qalmaqal baş verib. Əl yükünün ölçüsü ilə bağlı mübahisə ucbatından reysə buraxılmayan qadın emosional sarsıntı keçirib. Hadisə o qədər geniş əks-səda doğurmuşdu ki, hətta Bolqarıstan parlamentinin deputatları da buna qoşulub və hakimiyyət rəsmi araşdırmaya başlayıb.
Aynil






