“Çin mənim dövrümdə Tayvana hücum etməyəcək” - Tramp

"Çin mənim dövrümdə Tayvana hücum etməyəcək" - Tramp
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp açıqlayıb ki, Çin lideri Si Cinpin ona, onun hakimiyyəti dövründə Tayvana hücum olmayacağına dair söz verib.

 

Sfera.az xəbər verir ki, Tramp bu barədə “Fox News”a verdiyi müsahibəsində danışıb. 


Onun sözlərinə görə, Si Cinpin görüş zamanı “Sən prezidentkən bunu heç vaxt etməyəcəyəm” deyib. Tramp isə təşəkkür etdiyini, lakin Sinin “Amma mən çox səbirliyəm, Çin çox səbirli dövlətdir” ifadəsini də işlətdiyini vurğulayıb.

 

Xatırladaq ki, Tramp və Si, iyun ayında Trampın ikinci prezidentlik dönəmində ilk rəsmi telefon danışığını aparıblar. Bundan əvvəl də Çin lideri aprel ayında ona zəng etdiyini söyləsə də, tarix barədə dəqiq məlumat verilməyib.


Pekin rəhbərliyi Tayvanı öz ərazisi hesab edir və lazım gəlsə güc tətbiq etməklə “yenidən birləşmə” vədi verir. Demokratik üsulla idarə olunan Tayvan isə bu iddiaları qətiyyətlə rədd edir.


ABŞ Tayvanın əsas silah tədarükçüsü və beynəlxalq dəstəkçisi olsa da, ada ilə rəsmi diplomatik münasibətləri yoxdur.


Tayvan hökuməti hələlik Trampın açıqlamasına birbaşa reaksiya verməyib. Lakin iqtidardakı Demokratik Partiyanın deputatı Vanq Tinyu sosial mediada paylaşım edərək bildirib:


“ABŞ kimi böyük bir müttəfiqin dəstəyinə minnətdarıq. Amma təhlükəsizlik düşmənin verdiyi sözlərə bağlana bilməz. Yalnız dostların dəstəyinə güvənmək də doğru deyil. Öz müdafiə gücümüzü artırmaq əsas şərtdir”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR