Gürcüstanın 9 ayda turizmdən gəlirləri 6 milyard laridən çox olub
Cari ilin üçüncü rübündə Gürcüstanı 3 milyon turist ziyarət edib. Ölkənin turizmdən gəlirləri 6,2 milyard lari olub. Sfera.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan Milli Statistika Xidməti yayıb. Məlumata görə, 2025-ci ilin üçüncü rübündə ölkəyə gələn beynəlxalq ziyarətçilərin sayı 2,5 milyon nəfər olub, bu da 2024-cü ilin analoji göstəricisindən 6,8 faiz çoxdur. Onlardan 2,2 milyonu turist kimi qeydə alınıb və bu rəqəm illik müqayisədə 7,6 faiz çoxdur. Ümumilikdə, 2 milyon turist