İbrahim Tatlısəsin oğluna atasına yaxınlaşmaq qadağan edildi
Kateqoriya məlum deyil
Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsin gərgin münasibətlərdə olduğu oğlu Ahmetin ona yaxınlaşmaması üçün məhkəməyə müraciəti müsbət nəticələnib.
Sfera.az bildirir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.
Məhkəmə müraciət əsasında Ahmet Tatlısəs barəsində uzaqlaşdırma qərarı verib. Bildirilir ki, Ahmetin ifaçıya yaxınlaşmaması üçün ona elektronik qolbaq taxılıb.
Qolbaq sayəsində Ahmetin hərəkətləri izlənəcək.






