Orban Putinə görə xahiş edəcək

Orban Putinə görə xahiş edəcək
Kateqoriya məlum deyil
T

Macarıstanın Baş naziri Viktor Orban noyabrın 7-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşü zamanı onu Rusiyaya tətbiq edilən enerji sanksiyalarından bir neçə istisnanın zəruriliyinə inandırmağa çalışacaq.

 

Sfera.az bu barədə “TASS”agentliyinə istinadən xəbər verir. Hökumət başçısı bildirib ki, bu məsələ Macarıstanın enerji təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır:

 

“Macarıstan birbaşa dəniz əlaqələri olmayan daxili ərazidə yerləşir, buna görə də neft və qaz təchizatı üçün boru kəmərlərindən asılı vəziyyətdəyik. Amerikalılar bu çətinlikləri anlamalıdırlar”,- deyə Orban açıqlamasında qeyd edib.

 

Onun sözlərinə görə, ABŞ-nin Rusiyaya qarşı sanksiyalarından azad olmaq üçün bu məsələnin sənədləşdirilməsi vacibdir. Xatırladaq ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi “Rosneft”, “Lukoyl” və onların 34 törəmə şirkətini yeni anti-Rusiya sanksiyaları siyahısına daxil edib.

 

Yeni paket noyabrın 21-də tam qüvvəyə minəcək. Vaşinqton bu addımı Ukraynadakı münaqişə ilə bağlı Moskvaya təzyiq vasitəsi kimi qiymətləndirir. Orban daha əvvəl bəyan etmişdi ki, ABŞ-nin enerji sanksiyaları uzunmüddətli müqavilələr əsasında Rusiyadan enerji alan Macarıstanın maraqlarına zərər vura bilər.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR