Bu ölkədə qadınlar üçün könüllü hərbi xidmət başlayır

Bu ölkədə qadınlar üçün könüllü hərbi xidmət başlayır
Kateqoriya məlum deyil
T

Yunanıstan qadınlar üçün könüllü hərbi xidmət proqramını tətbiq etməyə hazırlaşır. Müdafiə Nazirliyi 2026-cı ildən etibarən yeni proqramın ilk mərhələsinə start verəcək.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Müdafiə Naziri Nikos Dendiasın açıqlamasına görə, ilkin mərhələdə 100-150 nəfərlik qadın könüllülərdən ibarət hərbi birlik yaradılacaq.

 

Nazir bildirib ki, layihənin məqsədi qadınların ordu ilə əlaqəsini gücləndirmək və onların kişilərlə eyni şəraitdə xidmət göstərə biləcəyi bir sistem formalaşdırmaqdır. Bu məqsədlə yeni hərbi obyektlərin inşası və ordu daxilində mədəni dəyişiklik proqramının həyata keçirilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, Yunanıstanda qadınlar 1998-ci ildən Silahlı Qüvvələrdə müxtəlif vəzifələrdə xidmət göstərə bilsələr də, bu, ölkə tarixində qadınlara yönəlik ilk rəsmi könüllü hərbi xidmət proqramı olacaq.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR