"Bu, Çin və Rusiyanın xeyrinə olacaq"

"Bu, Çin və Rusiyanın xeyrinə olacaq"
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampın Pentaqona nüvə silahı sınaqlarını dərhal bərpa etmək əmri, keçmiş prezident Bill Klinton administrasiyası dövründə Milli Təhlükəsizlik Şurasında kütləvi qırğın silahları üzrə ekspert vəzifəsində çalışmış Qari Seymorun fikrincə, Çin və Rusiyanın xeyrinə olacaq.

 

Sfera.az xəbər verir ki, “The Wall Street Journal” Seymorun sözlərini sitat gətirib:

 

"Sınaqlar yeni növ nüvə silahları hazırlayan Rusiya və Çinə hədiyyə olacaq və sınaqları bərpa etməkdən faydalanacaqlar".

 

Seymor, bununla belə, Trampın nüvə sınaqları ideyasını şübhəli hesab edib.

 

Bundan əvvəl Tramp “Truth Social” platformasında Pentaqona əmrini açıqlayan mesaj paylaşmışdı. ABŞ administrasiyası nüvə başlıqlarının partladılmasının daxil olub-olmadığını dəqiqləşdirməyib.

 

Ağ Ev, Dövlət Departamenti və Pentaqon hələ “TASS”-ın açıqlama tələbinə və ya Trampın qərarına dair əlavə şərh verməyib. Daha sonra Ağ Evin sakini “Air Force One” təyyarəsində jurnalistlərə bildirib ki, Vaşinqton və Moskva nüvə tərksilahını müzakirə edir.

 

Tramp denuklearizasiyanı “gözəl bir şey” adlandırıb və əlavə edib ki, Pekin də bu ikitərəfli məsləhətləşmələrə qoşulub.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR