NATO Aralıq dənizində böyük təlim keçirir
NATO ölkələrinin hərbçiləri Rusiya ilə mümkün münaqişədə cavab tədbirlərinin tətbiqi ilə bağlı İtaliya sahillərində təlimlər keçirir. Sfera.az xəbər verir ki, bu barədə CBS məlumat yayıb. Bildirilib ki, Aralıq dənizində keçirilən “Neptun zərbəsi” adlı təlimdə ABŞ hərbçiləri və daha 9 alyans ölkəsi, o cümlədən Britaniya, Yunanıstan, Polşa və Türkiyə iştirak edir. Təlimlərdə NATO-nun şərq cinahında uzaqmənzilli zərbələrlə bağlı məşqlər edilir. Bildirilib ki, təlimlərdə əsas məqsəd mühüm dəniz