ABŞ planına Zelenski "hə" deməyib - Peskov

Rusiya Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampın təklif etdiyi sülh planı üzrə danışıqlara razılıq verməsi barədə məlumat almayıb.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.
O bildirib ki, Moskva tərəfinə Kiyevin hər hansı rəsmi cavabı çatdırılmayıb.
Peskovun sözlərinə görə, Rusiya yalnız rəsmi kanallar vasitəsilə verilən məlumatları əsas götürür.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ quru qoşunları naziri Daniel Driskollun rəhbərlik etdiyi nümayəndə heyəti Kiyevdə Zelenskiyə Trampın 28 bəndlik sülh planını təqdim edib. Plan Ukrayna tərəfindən ciddi güzəştləri nəzərdə tutur və məlumatlara görə, Ağ Ev ilin sonunadək bu plan əsasında müharibəni dayandırmaq niyyətindədir.
Moskva isə hələlik proseslə bağlı heç bir rəsmi təsdiq almadığını bildirir.
Fidan Hacızadə
Sfera.az






