“Fələstin dövləti qurulmayacaq” -Netanyahu

"Fələstin dövləti qurulmayacaq" -Netanyahu
Kateqoriya məlum deyil
T

İsrailin Baş naziri Benyamin Netanyahu Fələstin dövlətinin yaradılmasına qəti şəkildə qarşı çıxdığını yenidən bəyan edib. 


Sfera.az xəbər verir ki, o, ərəbdilli “Abu Ali Express” platformasına açıqlamasında bildirib ki, Səudiyyə Ərəbistanı ilə normallaşma müqabilində belə Fələstin dövlətinin qurulmasına razılıq verilməyəcək.

 

Netanyahunun sözlərinə görə, Fələstin dövləti olmayacaq. 

 

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Selman bu həftə ABŞ Prezidenti Donald Trampla görüşündə İbrahim Anlaşmalarına qoşulmağa hazır olduqlarını, lakin bunun üçün Fələstin məsələsində iki dövlətli həll yoluna aparan bir prosesin təmin edilməsinin vacibliyini bildirmişdi.

 

Baş nazirin açıqlaması Suriyanın cənubunda İsrail tərəfindən işğal edilən bufer zonaya etdiyi ziyarətdən sonra gəlib. Netanyahu Şamla mümkün anlaşma barədə suala cavabında bunun İsraildən çox Suriya üçün faydalı olacağını deyib:

 

O qeyd edib ki, Suriyanın cənubunda təhdidlərin yaranmasına imkan verilməyəcək:

 

"Təhlükəsizlik anlaşması olsun və ya olmasın, maraqlarımızı qoruyacağıq”.

 

Netanyahu Qolan Təpələri yaxınlığında dürzi müttəfiqlərin və İsrailin təhlükəsizliyinin təmin edilməsinin prioritet olduğunu vurğulayıb.

 

İsrail Baş naziri həmçinin ABŞ-nin Səudiyyə Ərəbistanına F-35 qırıcıları satmaq planına münasibət bildirib. O, ABŞ Dövlət katibi Marko Rubio ilə danışdığını və Vaşinqtonun Yaxın Şərqdə İsrailin “keyfiyyət üstünlüyünü” qoruyacağını təsdiqlədiyini qeyd edib. Netanyahu F-35 təyyarələrinin Türkiyəyə veriləcəyinə inanmadığını da vurğulayıb.

 

Qeyd edək ki, Netanyahu bir neçə gün əvvəl Suriyada işğal altındakı bölgələrə səfər edərək bölgədə siyasi gərginliyi artırmışdı.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR