Avropa Ukrayna üçün alternativ sülh planı hazırlayır

Avropa liderləri Ukraynadakı münaqişənin həlli üçün ABŞ-nin təkliflərindən fərqli olaraq, Kiyev üçün daha faydalı olacağı iddia edilən alternativ plan üzərində işləyirlər.
Sfera.az xəbər verir ki, “The Wall Street Journal” qəzetinin məlumatına görə, liderlər yaxın günlərdə layihələrini təqdim etməyi planlaşdırır, lakin Kiyev hələlik bu planda iştirak etməyə razılıq verməyib.
Planın təfərrüatları açıqlanmır.
Bundan əvvəl Ağ Evin mətbuat katibi Caroline Leavitt bildirib ki, ABŞ dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff Vaşinqtonun təklif etdiyi böhranın həlli planı ilə bağlı həm Rusiya, həm də Ukrayna ilə əlaqə saxlayıblar. Qərb mediası yazır ki, Amerika təkliflərində Kiyev ABŞ-nin təhlükəsizlik zəmanəti müqabilində müəyyən əraziləri verməyə çağırılır.
Noyabrın 19-da Rusiya liderinin mətbuat katibi Dmitri Peskov “TASS”-a açıqlamasında bildirib ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaskada əldə etdiyi razılaşmalardan başqa, Ukrayna nizamlanması ilə bağlı heç bir yenilik yoxdur.
Niyaz Hacıyev
Sfera.az






