Orban Ukrayna planını dəstəklədi

Orban Ukrayna planını dəstəklədi
Kateqoriya məlum deyil
T

Macarıstanın Baş naziri Viktor Orban ABŞ-nin Ukraynadakı münaqişənin həlli ilə bağlı yeni planını dəstəklədiyini açıqlayıb. 

 

Sfera.az xəbər verir ki, Baş nazir “Facebook” səhifəsində yazıb ki, Prezident Donald Trampın sülh təşəbbüsü yeni təkan alıb və 28 bəndlik plan danışıqlar masasında müzakirə olunur, Amerika nümayəndə heyəti Kiyevdədir və dünya ictimaiyyətində böyük gözləntilər var.


Orban hesab edir ki, Tramp açıq-aşkar Rusiya-Ukrayna müharibəsini bitirmək niyyətindədir və əsl üsyankardır, yəni bir işə qərar verdikdən sonra geri çəkilməyəcək.


Baş nazir həmçinin Avropa Komissiyasını tənqid edib: 


“Bu arada Brüssel yenidən qayığı əldən verdi. Vaşinqton sülh danışıqları apararkən, Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Ukraynanı və müharibəni maliyyələşdirmək üçün daha çox pul qazanmağa çalışır. Biz macarların da bununla bağlı sözümüzü deməliyik. Həqiqət anı yetişib, Brüssel xalqı üçün gəlib çatıb”, – deyə Orban bildirib.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR