Putin G20 sammitinə getsə, Zelenski tədbirə qatılmayacaq
Rusiya Prezidenti Vladimir Putin İndoneziyada baş tutacaq Böyük İyirmilik (G20) sammitində iştirak edərsə, ukraynalı həmkarı Volodimir Zelenski tədbirə qatılmayacaq. Sfera.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının ofisi məlumat yayıb. Zelenski vurğulayıb ki, G20 sammitində başqalarının iştirakını izləmək istəmir: “Ukraynanın mövqeyi ondan ibarət idi ki, Rusiya Federasiyasının lideri orada olacaqsa, biz iştirak etməyəcəyik. Görək, necə olacaq”. Prezidentin sözlərinə görə, Ukrayna