Lukaşenkonun Dağlıq Qarabağla bağlı açıqlaması İrəvanın xoşuna gəlməyib
Xəbər verdiyimiz kimi Belarus prezidenti Aleksandr Lukaşenko Qarabağla bağlı bəyanatında vəziyyəti xaotik adlandırıb və danışıqların məntiqdən ayrıldığını bildirmişdi.
Sfera.az bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Vaan Hunanyan açıqlama verərək “Biz Belarus prezidentinin danışıqların məntiqindən ayrılmış, müttəfiqlik və tərəfdaşlıq münasibətlərinə zidd olan, iştirakçı dövlətin müqavilə çərçivəsində imzaladığı öhdəlikləri şübhə altına alan xaotik bəyanatlarını şərh etməyi məqsədəuyğun hesab etmirik” - deyib.
Öz növbəsində Belarus Xarici İşlər Nazirliyi Minskin daimi olaraq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bəyan edib.
Eyni zamanda Yerevanın bəyanatına cavab verən Belarus departamenti Ermənistan Xarici İşlər Nazirliyinin “çox orijinal” və özünə uyğun mövqe tutduğunu hesab edir.
Xatırladaq ki, Lukaşenko bir qədər əvvəl Bakı ilə İrəvan arasında münaqişənin sülh yolu ilə həlli variantlarını çoxdan təklif etdiyini, lakin Ermənistanın bununla razılaşmadığını bildirib. Onun sözlərinə görə Azərbaycan prezidentinin Paşinyanı küncə sıxışdırıb, güc tətbiq etməkdən başqa çarəsi yox idi.
Aynil