Logo

Qazaxıstanda şaxtada güclü partlayış - ÖLƏNLƏR VAR

Qazaxıstanda şaxtada güclü partlayış - ÖLƏNLƏR VAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qazaxıstanın Karağandı vilayətində “ArselorMittal Temirtau” SC-nin Lenin adına mədənində 4 şaxtaçı qaz partlayışı nəticəsində həlak olub, daha 4 nəfər xəstəxanaya yerləşdirilib.

Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Mövcud ilkin məlumata görə, noyabrın 3-də, təxminən, səhər saat 3 radələrində Şaxtinsk şəhərində “ArselorMittal Temirtau” SC-nin Lenin adına mədənində qaz-drenaj quyularında qazma işləri aparılarkən qəfil qaz partlayışı baş verib. Olay 4 işçinin ölümünə səbəb olub, digər işçinin axtarışları davam edir. Daha 4 işçi xəstəxanaya yerləşdirilib”, - məlumatda deyilib.

Fövqəladə Hallar Nazirliyi bildirib ki, mədəndə çalışan 106 işçi təxliyə edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR