“Köçəryan Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyirsə...”
“Təəssüf edirəm ki, Ermənistanın parlament müxalifəti bəzi həqiqətləri dərk etmədi”.
Sfera.az xəbər verir ki, bu barədə “Demokratik Alternativ” Partiyasının Siyasi Şurasının sədri Suren Surenyants Facebook səhifəsində yazıb. O, müxalifəti ciddi şəkildə tənqid edib:
“Müharibədə məğlub olan ölkənin illüziya imkanları axtarmaq üçün vaxtı və resursları yoxdur, onun vəzifəsi mümkün qədər az risk və itki ilə sülh müqaviləsi imzalamaqdır. Bugünkü parlament müxalifəti özünü Rusiyapərəst kimi qələmə verərək, Rusiyanın imicinə, Ermənistan-Rusiya münasibətlərinə ən böyük zərbəni vurur. Əgər Robert Köçəryan doğrudan da Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyirsə, o zaman sabahkı mitinqdə iştirakını elan etməyə tələsməməli, siyasətdən getmək qərarını açıqlamalıdır”.
Xatırladaq ki, Ermənistanda parlament müxalifəti noyabrın 5-də Fransada baş tutacaq mitinq elan edib.
Əzizə Zeynal