Serbiyada naməlum pilotsuz təyyarə vuruldu

Serbiyada naməlum pilotsuz təyyarə vuruldu

Serbiya silahlı qüvvələri ölkə ərazisi üzərində uçan naməlum pilotsuz təyyarəni vurub. 

 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Serbiyanın yerli mətbuat orqanı “Blic” qəzeti məlumat yayıb.

 

Pilotsuz təyyarə Raska şəhərində yerləşən ordu kazarmaları üzərində vurulub. Qəzetin verdiyi məlumata görə təyyarə kəşfiyyat məqsədilə uçuş edib.

 

Qeyd edək ki, Serbiya prezidenti Aleksandr Vuçiç hadisədən bir gün əvvəl Mərkəzi Serbiya üzərində düşmənin bütün pilotsuz təyyarələrinin məhv edilməsi barədə göstəriş vermişdi. Buna səbəb Kosovo və Metoxiya ilə sərhəd xətti yaxınlığında yerləşən Raska şəhəri yaxınlığında naməlum təyyarələrin aşkar edilməsi olmuşdu.

 

Qeyd edək ki, Kosovoda noyabrın 1-dən yeni avtomobillərin qeydiyyatı haqqında qanun qüvvəyə minib. Kosovo və Metohiyada qeydiyyatda olan və Serbiya hakimiyyəti tərəfindən verilmiş nömrə nişanlı avtomobillərin sürücülərinə əvvəl xəbərdarlıq ediləcək. Noyabrın 21-dən isə onlar 150 avro məbləğində cərimələnəcəklər.

 

Yanvarın 21-dən aprelin 21-dək istifadəsi qadağan olunmuş nömrələrin əvəzinə müvəqqəti nömrələr veriləcək və bu müddət bitdikdən sonra avtomobillər qeydiyyata alınmadığı üçün müsadirə ediləcək. Rəsmi Belqrad isə öz növbəsində yeni qaydalara əməl etmək niyyətində olmadığını bildirib. Kosovoda yaşayan serblər də eyni fikirdədirlər. 

 

Avropa Komissiyası (AK) isə Kosovo hakimiyyətinin qərarlarının əvvəllər əldə edilmiş razılaşmalara uyğun olmadığını bildirib.

 

Bununla əlaqədar Serbiyanın müdafiə naziri Miloş Vuçeviç ölkə ordusunun yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini bildirib.

 

Ekspertlər isə hərbi toqquşma ehtimalını qiymətləndirərkən Serbiyanın Albaniyanın təxribatlarının qarşısını almaq üçün öz qoşunlarını yüksək hazırlıq vəziyyətinə gətirdiyini bildirir. Onların fikrinə görə bununla Belqrad serbləri müdafiə etməyə hazır olduqlarını nümayiş etdirir. Hərbi ekspertlər bunun arxasında ciddi eskalasiya potensialının olmadığını vurğulayır.

 

 

Xatırladaq ki, 2008-ci ildə Kosovo Serbiyadan ayrılaraq müstəqilliklərini elan edib. Serbiya Konstitusiyasına görə dövlətin ərazisi ölkənin tərkibində Kosovo və Metohiya muxtar əyalətidir. Kosovo Respublikası bir sıra ölkələr tərəfindən tanınmır.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Ad günündə ölən Çimnaz Sultanovanın illər öncəki MÜSAHİBƏSİ - "Qəbirdən çıxış yoxdur"

Sfera.az bu gün, doğum günündə bağırsaq xərçəngindən dünyasını dəyişmiş aktrisa Çimnaz Sultanovanın 2022-ci ildə kulis.az-a verdiyi müsahibəni təqdim edir. &...

Qəzza ilə bağlı razılaşmanın detalları bəlli oldu

HƏMAS və İsrail girovların azad edilməsi və Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəliblər. Atəşkəs razılaşması yanvarın 19-dan qüvvəyə m...

Ermənistan XİN uydurma açıqlamalar verməklə məşğuldur - Rəsmi Bakı

Ermənistanın hazırkı Xarici İşlər Nazirliyi öz sələflərinin təcrübəsini davam etdirərək, uydurma açıqlamaların verilməsi ilə məşğuldur.   Sfera.az&nb...

Azərbaycanda vəzifəli şəxs maşında vəfat etdi

Gəncədə vəzifəli şəxs avtomobildə infarkt keçirərək ölüb.   Sfera.az "Report"a istinadən məlumat verir ki, 1978-ci il təvəllüdlü Şirin...

Virus şagirdlərin dərsə davamiyyətinə təsir edib?

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi son vaxtlar uşaqlar arasında kəskin respirator virus infeksiyalarına yoluxma ilə əlaqədar təhsil müəssisələri...

Rusiya İstintaq Komitəsi Aktau qəzası ilə bağlı ekspertiza təyin etdi

Rusiyanın İstintaq Komitəsi “Azərbaycan Hava Yolları” QSC-nin reysinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı kompleks məhkəmə-tibbi ekspertiz...