“Braziliya olmursa, it qalib olsun”- “Mərakeş qalib olsa, qurban kəsəcəm” – Deputatlarla SORĞU
Qətərdə keçirilən Dünya Çempionatı-2022-nin 1/4 final mərhələsinin bütün cütlükləri müəyyənləşib. Dekabrın 9-da isə final mərhələsinin oyunlarına start veriləcək. Belə ki, dekabrın 9-da Xorvatiya – Braziliya, Niderland – Argentina, dekabrın 10-da isə Mərakeş – Portuqaliya, İngiltərə - Fransa qarşı-qarşıya gələcək. Bəs görəsən, Dünya Çemionu – 2022-nin qalibi, Dünya Kubokunun sahibi kim olacaq? Sfera.az xəbər verir ki, Pravda.az Milli Məclisin deputatları arasında bununla bağlı sorğu keçirib.