Göz bəbəklərinə tatu etdirən qadın sonra kor oldu - FOTO

Belfast (Şimali İrlandiya) hüquq fakültəsinin tələbəsi və beş uşaq anası Anaya Peterson qızının məsləhətinə qulaq asmayaraq göz bəbəklərinə rəngarəng döymələr etdirib. Parlaq mavi və bənövşəyi gözlərə sahib olmaq arzusu 32 yaşlı qadının kor olmasına səbəb olub və onun görmə qabiliyyətinin həmişəlik itirilmə təhlükəsi var.
O, indi etdiyi hərəkətdən çox peşmandır. Onun görmə qabiliyyəti həmişəlik tamamilə itə bilər.
Sfera.az bildirir ki, Peterson 2019-cu ildə gözlərini mavi rəngə boyayan və "mavi gözlü əjdaha"ya çevrilən avstraliyalı model Amber Lukadan ilhamlanaraq gözlərində bu təhlükəli sınağı keçirməyə qərar verib. Avstraliyalı model üç həftə görmədikdən sonra, yenidən görmə qabiliyyətini bərpa edə bilib. Ancaq Petersonda işlər o qədər də yaxşı getməyə bilər.
Peterson gözlərinin mürəkkəbə boyanması nəticəsində kor olmağa başlayıb.
Jurnalistlər qeyd edirlər ki, hazırda qadın klinikadadır və qızına qulaq asmadığına görə təəssüflənir. Həkimlərin fikrincə, onun gözlərindəki mürəkkəbi təhlükəsiz şəkildə çıxarmaq mümkün olmadığı üçün kataraktanın inkişaf etmə ehtimalı yüksəkdir.
"Hazırda 20/20 görmə qabiliyyətim yoxdur. Uzaqdan üz cizgilərini görə bilmirəm. Göz bəbəyimdə döymə olmasaydı, bu problem yaşamazdım. Bu gün də yuxudan oyananda sanki gözlərimdə çoxlu milçəklər gəzit və bu çox təhlükəlidir”- deyə Peterson şikayət edib.
Peterson sanki Mayk Taysonla döyüşmüş kimi gözlərinin şişməsindən şikayətlənib.
Onun sözlərinə görə, 2020-ci ilin iyulunda sağ gözünə döymə vurulduqdan sonra bir neçə ay ərzində fasilələrlə baş ağrıları olsa da, heç bir fəsad olmayıb.
Həmin ilin dekabr ayında o, sol gözünə bənövşəyi döymə vurdurmaq qərarına gəlib və 8 aydan sonra bir gün ciddi hematoma bənzər şişmiş gözlərlə oyanıb. Qadın xəstəxanaya gedib, orada müalicə kursu keçsə də, həkimlər ona məyusedici proqnozlar veriblər.
Bu arada Petersonun ardınca gələn Amber Luke, göz bəbəyi döymələrinin düzgün edildiyi təqdirdə korluğa səbəb olmadığını deyib. Ancaq usta gözə çox dərindən nüfuz edib, bu da üç həftə ərzində görmə itkisinə səbəb olub.
Qeyd edək ki, Nyu-Yorkdan olan tədqiqat qrupu döymə mürəkkəblərinin kimyəvi tərkibini öyrənmək qərarına gəlib. Məlum olub ki, mürəkkəblərin əksəriyyəti insan orqanizmi üçün təhlükə yaratmır, lakin dəridəki bakteriyalarla qarşılıqlı əlaqədə olduqda və ya ultrabənövşəyi şüalara məruz qaldıqda onlar kanserogen birləşmələrə çevrilə bilirlər.
Aynil