Xorvatiyada MiQ-21 qırıcı təyyarəsi qəzaya uğradı

Xorvatiyada Sovet MiQ-21 qırıcısı qəzaya uğrayıb.
Sfera.az bildirir ki, bu barədə “Defense Brief” xəbər agentliyi məlumat yayıb.
Xorvatiya Müdafiə Nazirliyindən verilən məlumata görə, pilotlar xəsarət alsalar da, vəziyyətləri stabildir.
Xorvatiyanın baş naziri Andrey Plenkoviçin sözlərinə görə, nasazlığın səbəbi MiQ-21-in texniki nasazlığı olub. İstintaq qəzanın hansı şəraitdə baş verdiyini araşdıracaq.
Qeyd olunur ki, Xorvatiya Hərbi Hava Qüvvələri 7 ədəd MiQ-21 ilə silahlanıb. Hərbi Hava Qüvvələrinin planına görə, 2024-cü ilə qədər ordu köhnəlmiş MiQ-lardan imtina etməlidir. 2021-ci ilin may ayında onları əvəz etmək üçün 12 fransız F3-R Rafale qırıcısı alınıb. Qırıclıların ümumi dəyəri 999 milyon avrodur.
Qeyd edək ki, MiQ-21 3-cü nəsil sovet yüngül cəbhə qırıcısıdır. 1959-cu ildə SSRİ tərəfindən qəbul edilib, sonralar isə MiQ-29 ilə əvəz olunub.
Xatırladaq ki, oktyabrın 20-də ABŞ-da 5-ci nəsil F-35 qırıcısı da qəzaya uğramışdı.
Bu ilin yayında isə Yunanıstanda Serbiyadan Dəkkəyə müdafiə məhsulları çatdırmalı olan An-12 təyyarəsi qəzaya uğrayıb. Bütün ekipaj həlak olub.
Aysel