Logo

24 yaşlı gənc fenomen canlı yayım zamanı tacizə məruz qaldı  - VİDEO

24 yaşlı gənc fenomen canlı yayım zamanı tacizə məruz qaldı - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Twitch platformasının ən sevimli yayımçılarından biri olan Mhyochi haqqında eşitmiş ola bilərsiniz. Əsl adı Hyojeong Park olan fenomen Cənubi Koreya əsillidir.

24 yaşlı gənc yayımçının həm Twitch, həm də digər sosial media hesablarında minlərlə izləyicisi var.

Dünyanı gəzən Mhyoçi ötən həftələrdə Hindistana gedib və bu tətildən görüntüləri paylaşmaq üçün canlı yayım açıb.

Ancaq onun başına dəhşətli hadisə gəlib. Hindistanın Xar məhəlləsində dolaşan qadının ətrafına azğınlar gəlib və onun qolundan tutaraq aparmağa çalışıblar.

Həmin anlar

Video həm sosial mediada, həm də dünya mətbuatında yayıldıqdan sonra bəzi Hindistan vətəndaşları Mumbay Polis İdarəsini işarələyərək kömək tələb ediblər.
Mumbay polisi təcavüzkarları qısa müddətdə yaxaladıqlarını açıqlayıb. Yayımçı foto paylaşaraq ona kömək edən polis əməkdaşlarına təşəkkür edib.

Lakin bu görüntülərə görə Mhyoçinin Twitch hesabı yayım prinsiplərinə uyğun gəlmədiyi üçün bağlanıb.

“Efirdə təqib olunmağım kifayət etməmiş kimi, məni “Twitch”də ittiham etdilər və yayım qadağası qoydular. Hələ də cavab almamışam. repost etmək istəyirəm".

Mhyoçinin Twitch hesabının taleyi hələ məlum deyil, lakin o, bu dəhşətli hadisədən sonra dünyanın hər yerindən dəstək mesajları alıb.

Gənc qadın Hindistan səfərinə və YouTube üzərindən canlı yayım açmağa davam etdirir.

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR