Rusiya ABŞ-ı müharibəni uzatmaqda günahlandırdı: "Ən azı 2025-ci ilə qədər..."

Rusiya ABŞ-ı müharibəni uzatmaqda günahlandırdı:

“ABŞ Ukraynadakı münaqişəni uzatmağa çalışacaq”.

Sfera.az “RİA Novosti”yə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

 

O,  Vaşinqtonun planlarından danışıb: “ABŞ ən azı 2025-ci ilin sonuna qədər Ukraynada hərbi əməliyyatları davam etdirməyi planlaşdırır. Onlar bunu heç kimdən gizlətmədikləri sənədlərə əsaslanaraq edirlər”.

 

Zaxarova xatırladıb ki, ABŞ prezidenti Co Bayden Kiyevə 37 milyard dollar yardımın 2023-cü il büdcəsinə daxil edilməsinə çalışır.

 

 “Vəsaitlərin böyük hissəsinin Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına yönəldiləcəyi dəqiqləşib. Bundan sonra balansın hansı Avropa, dünya banklarında və özəl fondlarda yerləşdiriləcəyinə qərar veriləcək.  Hava hücumundan müdafiə sistemlərinin alınması üçün noyabrın sonunda bağlanmış və 3 il müddətinə hesablanmış 1,2 milyard dollarlıq müqavilə də eyni məntiqə uyğundur”, - deyə o vurğulayıb.

 

Qeyd edək ki, bundan əvvəl ABŞ hakimiyyəti Ukraynaya hərbi yardımın çatdırılmasının davam etdiyini təsdiqləmişdi. “Biz Rusiya ilə müharibə istəmirik. Lakin Ukraynaya özünü müdafiə etmək imkanı verəcəyik”, - deyə Pentaqonun sözçüsü Sabrina Sinq söyləmişdi.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Maqnit qasırğaları olacaq - Təhlükəli günlər AÇIQLANDI

Yer yenidən bir sıra maqnit qasırğaları ilə əhatə olunacaq. Alimlərin fikrincə, yaxın günlərdə bəzi insanların səhhətinin pisləşməsinə səbəb ola biləcək geomaqn...

Mingəçevirdə avtobusun vurduğu qadın həyatını itirdi

Bir neçə gün öncə Mingəçevirdə Heydər Əliyev prospektinin Günəşli yaşayış massivi ərazisindən keçən hissəsində 1972-ci il təvəllüdlü Mətanət Hacıyevanı Oğuz-Min...

Azərbaycanda neçə qadın hakim var?

Azərbaycanda hazırda 179 qadın hakim fəaliyyət göstərir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Məhkəmə-Hüquq...

Azərbaycanla Pakistan arasında memorandum imzalandı

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Azərbaycanla Paki...

Bu oyuncaqlar uşaq üçün ölümcül ola bilər

İngiltərədə baş verən dəhşətli hadisə valideynlər üçün ciddi xəbərdarlıq oldu. Qarın ağrısı ilə xəstəxanaya aparılan 18 aylıq Kai adlı körpənin rentgen nəticələ...

Bazar günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.   Milli Hidrometeorologiya Xidmət...