Polşa Almaniya ilə danışıqlardan sonra Ukraynaya silah verməmək qərarına gəldi

Polşanın müdafiə naziri Mariuş Blaşçak bildirib ki, “Patriot” hava hücumundan müdafiə sisteminin Ukraynaya yox, Polşa ərazisinə yerləşdirilməsinə qərar verilib.
Sfera.az bildirir ki, bu barədə Blaşçak öz Tvitter səhifəsində yazıb.
Polşa müdafiə nazirinin sözlərinə görə, o, Almaniyalı həmkarı Kristin Lambertlə Ukraynanın qərbində “Patriot” uzaqmənzilli hava hücumundan müdafiə sisteminin yerləşdirilməsi ilə bağlı danışıqlar aparıb. Polşa müdafiə idarəsinin rəisi bildirib ki, “Patriot” kompleksi Ukrayna şəhərlərini qoruya bilsə də, Polşa ərazisində yerləşdiriləcək.
"Söhbətdən sonra məyusluqla planlardan imtina etmək qərarına gəldim. "Patriot"un Ukraynanın qərb bölgələrində yerləşdirilməsi polyakların və ukraynalıların təhlükəsizliyini artıracaq"- deyə Blaşçak tvitini yekunlaşdırıb.
Qeyd edək ki, noyabrın əvvəlində Polşa ərazisinə raketin düşməsindən sonra Almaniya ölkənin hava hücumundan müdafiə sistemini gücləndirməyi təklif etmişdi. Buna cavab olaraq Polşa hökuməti zenit-raket kompleksinin Ukraynaya təhvil verilməsini təklif edib. Polşanın baş naziri bildirib ki, Ukrayna şəhərlərinin daha çox “Patriot”a ehtiyacı var. “Patriot” kompleksinin uçuş məsafəsi 150 km-ə qədərdir.
Bundan sonra Almaniya məsələnin müzakirə edildiyini açıqlayıb. Qərar NATO-da verilməli idi.
Xatırladaq ki, Ukrayna Hərbi Hava Qüvvələri hava hücumundan müdafiə sistemlərinin qurulması üçün əsas qərar verib. Müdafiə sistemi “Patriot”, “IRIS-T” və “NASAMS”dan ibarət olacaq.
Aynil