Trampdan Oval Ofislə bağlı tarixi qərar
Kateqoriya məlum deyil
ABŞ Prezidenti Donald Tramp Ağ Ev kompleksində yerləşən Oval Ofis və Nazirlər Kabinetinin iclas otağını “milli abidə” elan edən sənəd imzalayıb.
Sfera.az xəbər verir ki, Tramp qərarla bağlı açıqlamasında Oval Ofisdə mühüm qələbələrin əldə olunduğunu bildirib və bu məkanın qorunmasının vacibliyini vurğulayıb.
“Bu ofisdə inanılmaz qələbələrimiz olub. Buna görə də buranı milli abidə elan edirik ki, ağılsız insanlar ona müdaxilə edə, dağıda və məhv edə bilməsinlər”, – ABŞ prezidenti qeyd edib.
Sənədin Konqres tərəfindən də təsdiqlənəcəyi təqdirdə, gələcək ABŞ prezidentləri Oval Ofis və Nazirlər Kabinetinin iclas otağında hər hansı dəyişiklik etmək üçün Konqresin razılığını almalı olacaqlar.
İradə Elsevər






