Oval Ofis
Trampdan Oval Ofislə bağlı tarixi qərar
ABŞ Prezidenti Donald Tramp Ağ Ev kompleksində yerləşən Oval Ofis və Nazirlər Kabinetinin iclas otağını “milli abidə” elan edən sənəd imzalayıb. Sfera.az xəbər verir ki, Tramp qərarla bağlı açıqlamasında Oval Ofisdə mühüm qələbələrin əldə olunduğunu bildirib və bu məkanın qorunmasının vacibliyini vurğulayıb. “Bu ofisdə inanılmaz qələbələrimiz olub. Buna görə də buranı milli abidə elan edirik ki, ağılsız insanlar ona müdaxilə edə, dağıda və məhv edə bilməsinlər”, – ABŞ prezidenti qeyd edib.
Dünya06.11.2026 14:29

