Logo

Tramp: "Axmaq insanların bu məkana müdaxilə etməsinə icazə verməyəcəm"

Tramp: "Axmaq insanların bu məkana müdaxilə etməsinə icazə verməyəcəm"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Prezidenti Donald Tramp Oval Ofisi və Ağ Evin iclas zalını milli abidə elan etmək təşəbbüsü ilə çıxış edib.

Sfera.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirilən sənəd imzalama mərasimində danışıb.

“Biz bunu milli abidə elan edirik və təsdiq üçün Konqresə göndərməyə hazırlaşırıq”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp həmçinin Konqresin razılığı olmadan Oval Ofisdə və Ağ Evin İcra Şurasının iclas zalında heç bir dəyişikliyin edilməyəcəyinə söz verib. O, Oval Ofisi ABŞ-nin simvolu adlandıraraq “axmaq insanların” bu məkana müdaxilə etməsinə icazə verməyəcəyini vurğulayıb.

“Bura möhtəşəm bir məkandır. Eyni sözləri konfrans zalı haqqında da demək olar”, – deyə Tramp qeyd edib.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR