Zelenski Konqresə seçkilərin nəticəsindən məmnundur
Kateqoriya məlum deyil
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresinə keçirilən aralıq seçkilərin nəticələrini şərh edib. O, Demokratların Konqresdə çoxluq əldə etməsini müsbət qiymətləndirərək, bu partiyanın Ukraynaya maliyyə və hərbi yardım göstərilməsinə daha açıq yanaşdığını bildirib.
Sfera.az xəbər verir ki, Zelenski Respublikaçılara da təşəkkür etdiyini, lakin Demokratların Ukraynaya dəstək məsələsində mövqelərini daha aydın ifadə etdiklərini vurğulayıb.
Ukrayna liderinin fikrincə, seçkilərin nəticələri ABŞ ilə Avropa arasında münasibətlərin yenidən möhkəmlənməsinə şərait yarada bilər. O, ABŞ Konqresində Kiyevə maliyyə və hərbi yardımların müzakirəyə çıxarılmasının Rusiya üzərində əlavə təzyiq formalaşdıra biləcəyini qeyd edib.
İradə Elsevər






