Bəzi rayonlarda şimşək çaxdı, arabir yağış yağdı - FAKTİKİ HAVA
Aprelin 13-ü saat 15:00-a olan məlumata əsasən, Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Şahdağ, Biləsuvarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən-Şəki zonasında yağıntılar intensiv olub. Bu barədə Sfera.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yağan intensiv yağışlarla əlaqədar saat 13:30-da Balakənçaydan, saat 14:30-da isə Talaçaydan sel keçib. Şimal-qərb küləyi arabir