Bərbərovlar ailəsinin şirini öldürən polis vəfat etdi - FOTO

Bərbərovlar ailəsinin şirini öldürən polis vəfat etdi - FOTO

1980-ci ildə Bakının mərkəzində baş vermiş insident zamanı Bərbərovlar ailəsinə məxsus şiri güllələyərək öldürən polis serjantı, polis orqanları veteranı Zinəddin Orucov vəfat edib.

 

Sfera.az xəbər verir ki, xeyli vaxtdır pensiyada olan veteran polis xəstəlik səbəbindən dünyasını dəyişib.

 

Qeyd edək ki, Z.Orucov daha çox 1980-ci ildə Bakı şəhər Səbail rayonu ərazisindəki mənzildə “Kinq II” adlı şirin ev sahibəsini yaralaması, ailənin Roma adlı uşağını isə öldürdüyü hadisə zamanı evə daxil olaraq heyvanı zərərsizləşdirməsi ilə tanınıb. Həmin vaxt Səbail Rayon Polis İdarəsinin Növbətçi hissə rəisinin köməkçisi kimi xidmət edən Z.Orucov hadisə yerinə çatan ilk şəxslərdən olub.

 

Qeyd edək ki, Bərbərovlar ailəsi və onların evdə saxladığı şir və puma SSRİ və dünya miqyasında tanınıb. Bu ailə və onların saxladığı heyvanlar barədə çoxsaylı filmlər çəkilib. Məlum faciədən sonra şirlə yanaşı puma da polislər tərəfindən öldürülüb.

 

Zirəddin Orucov Bərbərovlar ailəsi ilə bağlı İctimai televiziyanın hazırladığı sənədli filmdə həmin hadisə barədə xatirələrini bölüşmüşdü. Həmin videonu təqdim edirik:

 

 




Qafqazinfo



OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...