Laçında evin girişində mina partladı: yaralanan var - ANAMA AÇIQLADI

Laçında evin girişində mina partladı: yaralanan var - ANAMA AÇIQLADI

Laçında bir nəfərin xəsarət alması ilə nəticələnən mina partlayışı yaşayış evinin girişində olub.

 

Bu barədə Sfera.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, aprelin 13-də Laçın rayonunun Sus kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib, nəticədə bir nəfər mülki şəxs xəsarət alıb: “ANAMA-nın apardığı araşdırma zamanı hadisənin tərk edilmiş məskunlaşma ərazisində, yaşayış evinin girişində baş verdiyi məlum olub. Ermənistan tərəfinin heç bir hərbi əhəmiyyət daşımayan ərazilərin mina və digər partlayıcı sursatlarla qəsdən çirkləndirməsi mina terrorunun bariz nümunəsidir”.

 

Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə aparılan davamlı fəaliyyət nəticəsində mülki təyinatlı torpaqların, viran edilmiş yaşayış məskənləri, məzarlıqlar, bağlar, su mənbələrinin ətrafı və digər sosial-iqtisadi əhəmiyyət kəsb edən ərazilərin minalarla yüksək səviyyədə çirkləndiyi müəyyən edilib: “Müharibədən sonrakı dövrdə mina partlayışından xəsarət alan 290 nəfər vətəndaşımızdan 142 nəfəri məhz belə ərazilərdə baş vermiş partlayışlar nəticəsində həlak olub və ya müxtəlif dərəcədə bədən xəsarətləri alıb. ANAMA bu kimi faktları nəzərə almaqla bir daha vətəndaşlarımıza müraciət edərək yalnız təhlükəsiz marşrut xətlərindən istifadə edərək marşrutdan kənara çıxmamağa, məhz minatəmizləmə əməliyyatları icra olunan ərazilərdə müvafiq fəaliyyət həyata keçirməyə, ayıq-sayıq olmağa və məsuliyyətli davranmağa çağırır”.


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...